Komitə sədri Qubadakı Qırmızı qəsəbədə olub

Komitə sədri Qubadakı Qırmızı qəsəbədə olub Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Quba şəhərində yerləşən Altı günbəz və Giləki sinaqoqlarını ziyarət edib.
Din
5 Dekabr , 2024 12:02
Komitə sədri Qubadakı Qırmızı qəsəbədə olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Quba şəhərində yerləşən Altı günbəz və Giləki sinaqoqlarını ziyarət edib.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Sədr ibadət yerlərində fəaliyyət göstərən din xadimləri ilə görüş zamanı bildirib ki, dini müxtəliflik baxımından zəngin Azərbaycanda milli, irqi və dini zəmində heç vaxt ayrı-seçkilik faktı qeydə alınmayıb: "Azərbaycan ərazisində məskunlaşan bütün xalqlar arasında qarşılıqlı etimad mühiti formalaşıb. Bu da multikultural mühitin mövcudluğu dini dözümlülüyün Azərbaycan xalqının həyat tərzi olduğunu göstərir".

Dövlət-din münasibətlərinin davamlı olaraq inkişaf etdirilməsi istiqamətində görülən işlərdən də bəhs edən R.Məmmədov qeyd edib ki, cəmiyyətin mənəvi zənginləşməsinə xidmət edən müxtəliflik ənənələrinin təbliği məqsədilə dövlət tərəfindən konfessiyaların fəaliyyətinə maddi və mənəvi dəstək göstərilir: "Heç bir fərq qoyulmadan məscid, kilsə, sinaqoqlar və digər ibadət evləri təmir və bərpa edilir, yeniləri tikilərək istifadəyə verilir".

Din xadimləri ibadət yerlərinin tarixi barədə məlumat veriblər.

Dövlət Komitəsinin sədri eyni zamanda Qırmızı qəsəbə Dağ yəhudiləri muzeyinin fəaliyyəti ilə tanış olub.

Qeyd edək ki, Dağ yəhudilərinin tarixi irsini və ənələrini özündə əks etdirən milli geyimlər, zərgərlik məmulatları, əlyazmalar, kitablar, antik əşyalar və digər dəyərli eksponatların sərgiləndiyi muzey qədim sinaqoq binasında yerləşir.

Son xəbərlər

Orphus sistemi