Komitə sədri: "Məsciddən kənar dini mərasimlərin keçirilməsi yolverilməzdir"

Komitə sədri: "Məsciddən kənar dini mərasimlərin keçirilməsi yolverilməzdir" "İmam Hüseyn əzadarlığı qəhrəmanlıq nümunəsi kimi göstərilməlidir"
Din
29 Sentyabr , 2017 12:51
Komitə sədri: Məsciddən kənar dini mərasimlərin keçirilməsi yolverilməzdir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı / Report

Xaçmaz. 29 sentyabr. REPORT.AZ/ "Məhərrəm ayında imam Hüseyn əzadarlığı ilə bağlı tədbirlər keçirilərkən Azərbaycan Respublikasının qanunlarına əməl olunmalıdır".

Bunu "Report"un Şimal bürosuna Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, Məhərrəm ayı ilə bağlı tədbirlər yalnız məscidlərdə keçirilməlidir və dini xarakterli atributlar yalnız məscidin içərisində olmalıdır: "Hazırda Məhərrəm ayıdır. Oktyabrın 1-də Aşura mərasimi keçiriləcək. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin fətvası var və həmin fətvada imam Hüseyn əzadarları üçün Məhərrəm ayında keçirilməsi planlaşdırılan bütün tədbirlər və qaydalar öz əksini tapıb. Bu günə qədər bu tövsiyələrə məscidlərdə əməl olunub. Məhərrəm ayında imam Hüseyn əzadırlığı ilə bağlı məsciddən kənar tədbir keçirmək yolverilməzdir. O ki, qaldı insanların özünə xəsarət yetirməklə müşahidə olunan tədbirlərə, belə tədbirlər artıq bir neçə ildir ki, Azərbaycanda az müşahidə olunur. QMİ-nin təşəbbüsü ilə qan vermə aksiyaları keçirilir. Ümumiyyətlə imam Hüseyn əzadarlığı mərasimləri qəhrəmanlıq, vətənsevərlik və igidliyi təşviq edir. Buna görə də biz çalışmalıyıq ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda və Qarabağda şəhid olan insanlarımızı yad edək. İmam Hüseyn əzadarlığı yalnız ağlamaq və bədbinliyə qapılmaq deyil. Bu, eyni zamanda qəhrəmanlıq nümunəsi kimi göstərilməlidir".

Son xəbərlər

Orphus sistemi