Mübariz Qurbanlı: "Kənar ölkələrdən Azərbaycana sıçrayan qrupların qarşısını almağa qadirik"

Mübariz Qurbanlı: "Kənar ölkələrdən Azərbaycana sıçrayan qrupların qarşısını almağa qadirik" Komitə sədri Azərbaycanda nurçulara qarşı mübarizədən danışıb
Din
5 Mart , 2015 11:35
Mübariz Qurbanlı: Kənar ölkələrdən Azərbaycana sıçrayan qrupların qarşısını almağa qadirik

Bakı. 5 mart. REPORT.AZ/ “Türkiyəyə səfərim çərçivəsində bir sıra rəsmi şəxslər və dini qurumların rəhbərləri ilə görüşlər keçirdim. Gəldiyim qənaət odur ki, Türkiyədə aşırı dini qruplara qarşı mübarizə yüksək səviyyədədir”. “Report”un xəbərinə görə, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyədə aktivləşən “paralel yapı” (nurçular) dini cərəyanının Azərbaycanda da qanadının fəaliyyət göstərməsi və buna qarşı mübarizə məsələsindən danışarkən deyib.

Komitə sədri bildirib ki, 80 milyon əhalisi olan Türkiyədə hər hansı dini qruplaşma meydan sulaya bilmir və bunun əsas səbəblərindən biri Türkiyədə dini maarifçilik sahəsində çoxsahəli işlərin həyata keçirilməsidir: “Türkiyədəki “paralel yapı” məsələsi ilə bağlı oranın hökuməti müəyyən addımlar atır. O cərəyanın uzantılarının Azərbaycana gəlməsi barədə də məlumatlar ictimaiyyətdə yayılır. Lakin Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik var və bu kimi kənar ölkələrdən Azərbaycana sıçrayan, ölkəyə müdaxilə etmək istəyən qrupların qarşısını almağa qadirik. Bu cür qrupların Azərbaycanda dərin kök atması mümkün deyil”.

Son xəbərlər

Orphus sistemi