Bakı. 5 noyabr. REPORT.AZ/ İspaniyanın paytaxtı Madrid şəhərində “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilir.
"Report" xəbər verir ki, konfransda Azərbaycanı hökumət üzvləri,
Tədbir Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), İspaniyanın Ədliyyə Nazirliyi və Evsen Fondunun birgə təşkilatçılığı ilə təşkil olunub.
Evsen Fondunun rəhbəri Eli Evsen tədbirdə çıxış edərək bildirib ki, bu gün insanların qarşısında gənclərin sağlam gələcəyinin təmin edilməsi əsas vəzifə kimi dayanır. Qeyd edib ki, bunun üçün bütün dinlərin nümayəndələri birgə fəaliyyət göstərməlidirlər.
İspaniya ədliyyə nazirinin müşaviri Manuel Xesus Dols İspaniya Konstitusiyasında dini azadlığın tam təsbit olunduğunu bildirib. Qeyd edib ki, dinlərarası əməkdaşlıq bugünkü dünya üçün olduqca vacibdir. Bütün dünyada mövcud dinlərə qarşılıqlı hörmət göstərilməlidir.
Azərbaycan Prezidenti
Yaşanan böhran və faciələrə baxmayaraq, şükürlər olsun ki, dünyamızı mehvərindən çıxmağa qoymayan əbədi mənəvi dəyərlər mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi istər “Multikulturalizm İli”, istər “İslam Həmrəyliyi İli” məhz bu məramlara xidmət edir. Dünyanın bir sıra ölkələrində həyata keçirdiyimiz beynəlxalq tədbirlər, o cümlədən bugünkü ənənəvi, sayca üçüncü Beynəlxalq Madrid Konfransı da bu amallara xidmətin nümunəsidir. Tarixboyu Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan bu gün dövlətimizin başçısının qlobal missiyası sayəsində dünyada gedən proseslərə özəl, dəyərli töhfəsini – multikulturalizmin real modelini təqdim edir”,- deyə Allahşükür Paşazadə vurğulayıb.
Albaniyanın keçmiş kardinalı Ernest Simoni bu gün dünyanın bir çox bölgələrində münaqişələrin olduğunu xatırladaraq, bütün insanları əhalisi çətin şəraitdə yaşayan bu bölgələrə yardıma səsləyib.
Madridin baş yepiskopu Karlos Osoro bütün dinlərində sabitliyin, sülhün əsas tutulduğunu qeyd edib. Təəssüf ki, insanlar heç də hər zaman buna əməl etmirlər.
Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin baş katibi Feysəl bin Müəmmər dünyada islamofobiyanın mövcud olduğunu xatırladıb. Qeyd edib ki, bu yanlış yanaşmaya qarşı sağlam mübarizənin aparılması vacibdir. Bunun üçün yalnız İslam dininə mənsub insanlar deyil, digər dinlərin nümayəndələri də birgə səy göstərməlidirlər.
Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çıxış edərək bildirib ki, bu gün bütün cəmiyyətlər üçün ən vacib məsələlərdən biri tolerantlığı qorumaqdır. Cəmiyyət nə qazanıbsa sülhün hesabına qazanıb. Münaqişə, müharibə cəmiyyətə yalnız zərər verir. Dünyada iki yüz dövlət, beş min etnos var. Bu xalqlar hamısı bir yerdə, bir dünyada mehriban yaşamalıdırlar.
Tədbir digər çıxışlarla davam etdirilir.