Mübariz Qurbanlı: "Gələn ildən maarifləndirici filmləri Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə çəkəcəyik"

Mübariz Qurbanlı: "Gələn ildən maarifləndirici filmləri Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə çəkəcəyik" "Hazırda Dövlət Komitəsinin sifarişi ilə "Vəhdət" adlı film üzərində iş aparılır və dekabrda hazır olacaq"
Din
14 Sentyabr , 2017 14:51
Mübariz Qurbanlı: Gələn ildən maarifləndirici filmləri Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə çəkəcəyik
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı / Report

Bakı. 14 sentyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) gələn ildən maarifləndirici filmləri Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə çəkməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məlumat verib.

Onun sözlərinə görə, artıq Dövlət Komitəsi tərəfindən "Fitnə", "Şəhadət" kimi sənədli filmlər çəkilb: "Hazırda Dövlət Komitəsinin sifarişi ilə "Vəhdət" adlı film üzərində iş aparılır və dekabrda hazır olacağına inanırıq. Bizim din adamları ilə birlikdə işləməyə, maarifləndirmə aparmağa ehtiyacımız var".

M.Qurbanlı bildirib ki, ötən il İmam Hüseynin əzadarlığının təşkili, insanların mərasimlərdə iştirakı ilə bağlı müvafiq qurumlarla müzakirələr aparılıb: "Bu kimi mərasimlər hər yerdə dini ibadət yerlərində aparılır. Biz məscidin içərisi deyəndə həyətini də nəzərdə tuturuq. Mərasimlərdə mikrofondan istifadə olunmalıdır. Amma mikrofondan çıxan səsin hansı məsafələrə getdiyini, digər məscidin mikrofonlarından çıxan səslərə qarışıb-qarışmadığını nəzərə almaq lazımdır. Bir-birinə yaxın məscidlərdə səsləri bir az azaltmaq lazımdır".

Dövlət Komitəsinin sədri deyib ki, dini radikalizmə qarşı mübarizə aparılır: "Radikalizmi hər hansı dinə bağlamaq doğru deyil. Təəssüf ki, dünyada radikalizm deyəndə dərhal İslam dini ağla gəlir. Ona görə də apardığımız təşviqata, işlətdiyimiz sözlərə də diqqətlə yanaşmalıyıq. İslam dəyərləri dövlətçiliyimizin dayağıdır. Ona görə də İslamla bağlı bütün nüanslara diqqət yetirməliyik".

Son xəbərlər

Orphus sistemi