DQİDK: Aleksandr Atanın dini konfessiyaların münasibətlərinin inkişafında xidməti böyükdür

DQİDK: Aleksandr Atanın dini konfessiyaların münasibətlərinin inkişafında xidməti böyükdür Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDQ) Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin vəfatı ilə bağsağlığı yayıb.
Din
10 İyun , 2021 23:24
DQİDK: Aleksandr Atanın dini konfessiyaların münasibətlərinin inkişafında xidməti böyükdür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDQ) Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin vəfatı ilə bağsağlığı yayıb.

“Report” xəbər verir ki, başsağlığıda deyilir:

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Aleksandr Atanın Azərbaycanda dini konfessiyalar arasında münasibətlərin inkişafına yönəlik çox böyük xidmətləri olub. Hər zaman hörmətlə xatırlanacaq.

Allah rəhmət eləsin!

Qeyd edək ki, Aleksandr İşein 1952-ci ilin 13 oktyabrında Rusiyanın Yaroslavl şəhərində doğulub, 1975-ci ildə dyakon olub. O, Moskva Teoloji Akademiyasını bitirib. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlayıb. 1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunub və 1999-cu ildə o, bu dərəcəyə yüksəldilib. Aleksandr İşein 2012-ci ildən dərəcəsi arxiyepiskop idi.

Son xəbərlər

Orphus sistemi