Mübariz Qurbanlı: "Azad olunan ərazilərdə məscidlər bərpa olunur"

Mübariz Qurbanlı: "Azad olunan ərazilərdə məscidlər bərpa olunur" Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı işğaldan azad olunan ərazilərdə dini ibadət yerləri ilə bağlı görülən işlərdən danışıb.
Din
21 İyun , 2021 10:48
Mübariz Qurbanlı: Azad olunan ərazilərdə məscidlər bərpa olunur
0 : 00
0 : 00

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı işğaldan azad olunan ərazilərdə dini ibadət yerləri ilə bağlı görülən işlərdən danışıb.

"Report" xəbər verir ki, Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında orada məscidlərin, kilsələrin eləcə də Qafqaz Albaniyasına aid məbədlərin olduğunu xatırladıb.

Sədr bildirib ki, hazırda onların bərpası istiqamətində ciddi tədbirlər həyata keçirilir:"İşğaldan azad edilən ərazilərdə 67 məsciddən cəmi biri qalıb. Hansı ki, onu da erməniləşdirməyə çalışıblar. Digər məscidlər yarıdağıdılmış vəziyyətdə olub, qalanları isə ümumiyyətlə məhv edilib. Həmin ərazilərdə olan provaslav kilsələri də ya dağıdılıb, ya da erməniləşdirilməyə çalışılıb. Həmin ərazilərdə islama aid olan dini abidələr içərisində məscidlərin bərpası istiqamətində işlərə də artıq başlanılıb".

M.Qurbanlı vurğulayıb ki, Qafqaz Albaniyasına aid olan dini məbədlərə Alban Dini İcmasının səfərləri təşkil edilir: "Həmin kilsələrin də bərpası istiqamətində addımlar atılır. Bu işlər müvafiq dövlət qurumları tərəfindən həyata keçirilir. Ümid edirəm ki, bu işlər də işğaldan azad edilən ərazilərdə aparılan abadlıq-quruculuq işləri çərçivəsində yaxın zamanda tam şəkildə həll ediləcək”.

Son xəbərlər

Orphus sistemi