Dövlət Komitəsinin rəsmisi: "Azərbaycanda xaricdə dini təhsil almış 3000-dən çox şəxs var"

Din
  • 10 noyabr, 2017
  • 09:10
Dövlət Komitəsinin rəsmisi: Azərbaycanda xaricdə dini təhsil almış 3000-dən çox şəxs var
Report

Bakı. 10 noyabr. REPORT.AZ/ "Biz xaricdə dini təhsil almağın əleyhinəyik, çünki kənarda həyat tərzi Azərbaycanda olduğu kimi deyil. Bu da dini baxışların fərqli şəkildə formalaşmasına öz təsirini göstərir".

"Report" xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycanda xaricdə dini təhsil almış 3000-dən çox şəxs var: "Onların bir qismi bizim kimi düşünür. Yerdə qalanlar isə müəyyən dini baxışların təsiri altında olurlar. Bu səbəbdən bakalavr dini təhsili mütləq ölkədə alınmalıdır. Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür".

G.ismayılov bildirib ki, xaricdən də ölkəmizə dini mütəxəssislər cəlb etmək olar: "Bakı İslam Universiteti (BİU) artıq neçə illərdir fəaliyyət göstərir. Bu ali təhsil müəssisəsinin Azərbaycanda islam dəyərlərinin təbliğində böyük rolu var və kimsə bunu inkar edə bilməz. Azərbaycanda BİU olmasaydı, bu gün məscidlərin əksəriyyəti din xadimləri olmadan fəaliyyət göstərərdi, yaxud hansısa məzhəbin təəssübkeşinin əlinə keçmişdi. Dövlətin bu sahədəki fəaliyyətinin həyata keçirilməsində bu universitetin böyük xidmətləri var". 

Son xəbərlər

Bütün Xəbər Lenti