“Azərbaycanda bundan sonra da xarici dairələrin təsirlərinə məruz qalmayan şəxslərin din xadimi təyin olunmasına üstünlük veriləcək”.
"Report"un xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə açıqlamasında deyib.
Xaricdə dini təhsil almış şəxslərin Azərbaycanda müxtəlif dini vəzifələrdə çalışmasına aydınlıq gətirən S.Heydərov söyləyib ki, qanuna əsasən milli kadrlara üstünlük verilir.
“Eyni zamanda qanunda xaricdə dini təhsil almış şəxslərin din xadimi kimi fəaliyyət göstərməsinə müəyyən məhdudiyyət var, ancaq istisna hallarda xüsusi yoxlamadan keçdikdən sonra müsbət rəy olduğu halda onları din xadimi təyin edirik. Bundan sonra da biz sağlam düşüncəli, yəni təsirlərə məruz qalmayanların din xadimi təyin olunmasını planlaşdırırıq”, - sədr müavini vurğulayıb.