Dövlət Komitəsi: Uşaqlar üçün nəzərdə tutulan “İslam ensiklopediyası” ilin sonunda çap olunacaq

Dövlət Komitəsi: Uşaqlar üçün nəzərdə tutulan “İslam ensiklopediyası” ilin sonunda çap olunacaq Kitab üçün ümumillikdə 800-ə yaxın söz müəyyənləşdirilib
Din
28 Avqust , 2017 10:33
Dövlət Komitəsi: Uşaqlar üçün nəzərdə tutulan “İslam ensiklopediyası” ilin sonunda çap olunacaq
Report.az

Bakı. 28 avqust. REPORT.AZ/ "Uşaq və yeniyetmələr üçün qısa “İslam ensiklopediyası”nın hazırlanması istiqamətində işlər davam etdirilir".

Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib. 

O bildirib ki, kitabın nəşri bu ilin “İslam Həmrəyliyi ili” elan edilməsindən sonra təsdiq olunan Tədbirlər Planında nəzərdə tutulub. Şöbə müdirinin sözlərinə görə, müxtəlif qurumlar kitabla bağlı təkliflərini veriblər.

N.Məmmədov qeyd edib ki, təkliflər Dövlət Komitəsində ümumiləşdirilib: "Ümumilikdə 800-ə yaxın söz müəyyənləşdirilib. Redaksiya heyəti, ensiklopedik məlumatları toplayan mütəxəssislər də müəyyənləşib. Hazırda məlumatların hazırlanması işi davam edir. Ümid edirik ki, sentyabr ayının ilk yarısında artıq ensiklopediyanın yazılarını bitirmiş olacağıq. Qısa müddətdə redaktə işlərini həyata keçirib kitabı çapa hazırlamağı düşünürük".

Şöbə müdiri deyib ki, hər şey plan üzrə getsə, “İslam ensiklopediyası” kitabı ilin son rübündə çap olunacaq.

Son xəbərlər

Orphus sistemi