Dini Komitə: "ABŞ-nin Azərbaycanla bağlı hesabatında erməni diasporunun izləri görünür"

Dini Komitə: "ABŞ-nin Azərbaycanla bağlı hesabatında erməni diasporunun izləri görünür" Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı hesabatında erməni diasporunun izlərinin göründüyünü bildirib.
Din
11 Yanvar , 2024 11:04
Dini Komitə: ABŞ-nin Azərbaycanla bağlı hesabatında erməni diasporunun izləri görünür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı hesabatında erməni diasporunun izlərinin göründüyünü bildirib.

"Report"un məlumatına görə, o, jurnalistlərə açıqlamasında deyib ki, dünyada dinlər siyasi imperialist maraqlar üçün alətə çevrilir, inancların istismar prosesi gedir.

"Bu gün Azərbaycanda dini mühit olduqca sabit və şəffafdır. Ölkəmizdə dini həmrəylik ən yüksək səviyyədədir. Vətən müharibəsində bu birlik daha da möhkəmləndi. Çünki ölkəmizdə dini etiqad azadlığı sıx dayaqlara əsaslanır. ABŞ Dövlət Departamentinin yaydığı məlumatları hesabat adlandırmazdım. Yalnız və qərəzli məlumatlara əsaslanan söz toplusudur. Mən buna küçədən yığılmış məlumat deyərdim. Bu gün Azərbaycan din azadlığının təminatı təkcə dindar kəsimin azadlığı deyil, həm də milli təhlükəsizliyin tərkib hissəsidir", - S.Heydərov qeyd edib.

Sədr müavini vurğulayıb ki, bu gün insan hüquqları, dini azadlıqlar meyarları bəzi böyük güclər tərəfindən təzyiq vasitəsinə çevrilir: "Biz bunun fərqindəyik və fəsadları önləyirik. Biz gözləmirik ki, fəlakət baş versin, sonra addım ataq. Önləyici tədbirləri həyata keçiririk. Bütün strukturlar ayaqüstədir".

Son xəbərlər

Orphus sistemi