Bakıda Cümə namazında Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu pislənilib

Bakıda Cümə namazında Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu pislənilib Bakıda keçirilən Cümə xütbəsində Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu pislənilib.
Din
27 Yanvar , 2023 16:50
Bakıda Cümə namazında Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu pislənilib

Bakıda keçirilən Cümə xütbəsində Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu pislənilib.

"Report" xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər şurasının üzvü hacı Surxay Məmmədli bu gün Cümə xütbəsində Azərbaycanın İrandakı səfirliyinə qanlı hücumla bağlı münasibət bildirib.

O söyləyib ki, bu gün səhər saatlarında baş verən terror hadisəsi bütün Azərbaycan xalqını dərindən sarsıdıb: "Baş verən terror hadisəsində şəhid olan soydaşımıza Uca Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Hadisə açıq-aşkar bir müsəlman ölkəsinin səfirliyinə qarşı törədilən terrordur və mütləq İran dövləti həmin terrorçuları cəzalandırmalıdır".

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.

Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Son xəbərlər

Orphus sistemi