Azərbaycan zəvvarlarının ilk qrupu Həcc ziyarətinə yola düşüb
Din
- 04 iyun, 2024
- 01:52
Azərbaycan zəvvarlarının ilk qrupu Həcc ziyarətinə yola düşüb.
“Report” xəbər verir ki, ümumilikdə 1 500 nəfərlik kvotanın ayrıldığı səfərlərin ilk qrupu 05:35-də Məkkə inzibati dairəsinin Ciddə şəhərinə yola salınıb.
QMİ-nin Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri “Report”a açıqlamasında deyib ki, Məkkədə olan nümayəndə heyəti Həccdən öncəki hazırlıqları, zəvvarların hava limanında qarşılanması, yerləşdiriləcəyi hotellərin müəyyənləşdirilməsi, xidmət personalı, qidalanma və s. məsələlərin həllini təmin edəcək.
Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir.
Xatırladaq ki, iyunun 16-sı və 17-də Azərbaycanda Qurban bayramıdır.
Son xəbərlər
03:05
Danimarka İran gəmisini saxlayıb
Digər ölkələr02:50
Argentinada əmək islahatına qarşı genişmiqyaslı aksiya keçirilir
Digər ölkələr02:34
Serbiyada nüvə elektrik stansiyasının tikintisinə ilkin hazırlıq 4 il vaxt alacaq
Energetika02:20
Netanyahu: İran hücum etsə, təsəvvür edə bilməyəcəyi cavabla üzləşəcək
Digər ölkələr02:13
İranda hərbi təyyarə qəzaya uğrayıb, ölən və yaralı var
Region01:59
UEFA Avropa Liqasında pley-off mərhələsinə start verilib
İdman01:58
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib
İdman01:50
Tramp İrana 15 gün vaxt verib
Digər ölkələr01:39