Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən bir neçə şəhid ailəsi üçün iftar süfrəsi təşkil olunub.
Dövlət Agentliyindən "Report"a verilən məlumata görə, iftar süfrəsində Agentlik sədri Ülvi Mehdiyev və qurumun əməkdaşları iştirak ediblər.
Ü.Mehdiyev şəhid ailələrinə diqqət və qayğının daim dövlətin nəzarətində olduğunu bildirib.
İftar süfrəsində şəhidlərin ruhu ehtiramla yad edilib.