Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ağdam Cümə məscidindən dünya dini liderlərinə çağırış edib.
"Report"un azad olunmuş ərazilərə ezam olunmuş müxbiri xəbər verir ki, o, bu barədə Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları ilə Ağdam Cümə məscidində söhbəti zamanı danışıb.
QMİ sədri dini liderlərdən Qarabağda gördükləri dağıntıları, erməni vəhşiliklərini, vandalizm aktlarını, soyqırımı hadisələri haqqında məlumatları dünyaya çatdırmağı istəyib:
"Sizdən yalnız gördüklərinizi, həqiqəti dünyaya çatdırmağınızı istəyirik. Bu müsibətlərin başqa xalqların başına gətirilməməsini arzulayırıq. Ağdam Cümə məscidi tarixi məsciddir. Ermənilər burada donuz saxlayırdılar. Bu onların dinə, İslama münasibəti idi. Azərbaycan buna son qoydu".