Bakı. 25 dekabr. REPORT.AZ/
Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, əvvəlcə Mübariz Qurbanlı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ulu öndər
Qəbulda Sumqayıt şəhəri ilə yanaşı, Abşeron, Xızı, Qubadlı və Zəngilan rayonlarının sakinləri də iştirak edib.
Heydər Əliyev Mərkəzində keçirilən qəbula gələn vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması məsələlərini qaldırıblar. Eyni zamanda, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciətlərə də baxılıb.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.