Vens: Azərbaycan sülhməramlıları Əfqanıstanı sonuncu tərk edənlərdən biri olub

Xarici siyasət
  • 10 fevral, 2026
  • 19:32
Vens: Azərbaycan sülhməramlıları Əfqanıstanı sonuncu tərk edənlərdən biri olub

Azərbaycan sülhməramlıları Əfqanıstanı sonuncu tərk edən sülhməramlılardan biri olub.

"Report"un məlumatına görə, bunu ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən bildirib.

Vens vurğulayıb ki, Bakı terrorla qlobal mübarizədə əhəmiyyətli dəstək göstərib.

"Mən ABŞ Prezidentinin şəxsən Sizə, eləcə də Azərbaycan xalqına ən səmimi salamlarını çatdırmaq istəyirəm. Düşünürəm ki, bu, ABŞ üçün çox uzunmüddətli, çox mühüm tərəfdaşlıq və dostluqdur. Fikrimcə, bir çox amerikalılar bəlkə də bilmir. Məsələn, azərbaycanlılar Əfqanıstandan çıxan ən sonuncu tərəf oldular. Onlar dünya səviyyəsində terrorçuluğa qarşı aparılan mübarizəyə çox böyük dəstək verdilər. Onlar ABŞ-ın hərbi dənizçiləri ilə Əfqanıstanda çiyin-çiyinə vuruşublar və faktiki olaraq, dünyanın istənilən yerini götürsək belə, az sayda olan ən mübariz və cəsarətli qoşunlardan biri kimi nüfuz qazandılar. Bu gün biz bu dostluğa təşəkkür əlaməti olaraq buraya gəlmək istəyirdik, sözün əsl mənasında, səhifə çevirmək və növbəti fəslə keçmək istəyirdik", - o vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti