İlahiyyat İnstitutunda Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə bağlı tədbir keçirilib
- 11 dekabr, 2025
- 15:09
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə bağlı tədbir keçirilib.
Bu barədə "Report"a Aİİ-dən məlumat verilib.
Bildirilib ki, tədbirdə Aİİ və Bakı İlahiyyat Kollecinin kollektivi iştirak ediblər.
Aİİ rektoru, dosent A.Şirinov bildirib ki, Azərbaycan Respublikasının müstəqilliyinin yenidənbərpasında, azərbaycançılıq ideologiyasının formalaşmasında, dövlətimizin ən çətin mərhələlərdən uğurla çıxmasında Heydər Əliyevin misilsiz xidmətləri olub: "Onun ideyaları, siyasi xətti, milli dövlətçilik konsepsiyası İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilir və hazırda Azərbaycan regionun ən güclü və sabit dövlətlərindən birinə çevrilib".
Bakı Dövlət Universiteti Tarix fakültəsi Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynova vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin irsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl və sistemli şəkildə davam etdirilir: "Bu davamlılıq ölkəmizin siyasi sabitliyinin, iqtisadi inkişafının və beynəlxalq arenadakı mövqeyinin möhkəmlənməsində mühüm rol oynayır".