Şanlıurfadakı məktəbə hücumla bağlı 1 nəfər saxlanılıb – YENİLƏNİB-3
- 14 aprel, 2026
- 20:49
Şanlıurfa Valiliyi, Siverek rayonundakı məktəbə hücumla bağlı 1 nəfərin saxlanıldığını, rayon polis idarəsi və rayon milli təhsil idarəsindən 4 rəhbər şəxsin vəzifələrindən kənarlaşdırıldığını açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
"Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində məktəbin keçmiş şagirdi Ö.K. tərəfindən törədilən silahlı hücumda yaralanan 16 nəfərdən 7-nin xəstəxanadan buraxılıb", - məlumatda bildirilib.
Qeyd olunub ki, hadisənin aydınlaşdırılması üçün Siverek Cümhuriyyət Baş Prokurorluğu tərəfindən başladılan məhkəmə istintaqı çərçivəsində 1 şübhəli şəxs saxlanılıb: Məhkəmə istintaqı əhatəli və çoxşaxəli şəkildə davam etdirilir".
Türkiyədə liseydə silahlı hücum nəticəsində 16 nəfərin yaralandığı hadisə ilə bağlı polis genişmiqyaslı araşdırma başladıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hadisə ilə bağlı təhlükəsizlik orqanları tərəfindən genişmiqyaslı araşdırma başlanılıb və təfərrüatlar barədə ictimaiyyətə məlumat veriləcək.
Türkiyədə liseyə silahlı hücum nəticəsində 16 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Qeyd olunub ki, hadisəni törədən 2007 təvəllüdlü məktəbli özünü öldürüb.
Şanlıurfa valisi Hasan Şıldakın sözlərinə görə, yaralılardan 4-ü müəllim, 10-u şagird, biri polis, biri isə məktəb bufetinin əməkdaşı olub.
Yaralanan müəllimlərdən birinin vəziyyəti ağırdır.
Türkiyədə məktəbə silahlı hücum olub.
"Report" xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Qeyd olunub ki, hadisə ölkənin Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib. Məktəbə tüfənglə daxil olan bir nəfərin ətrafa atəş açması nəticəsində, ilkin məlumata görə, 7 nəfər yaralanıb.
Hücum edən şəxsin də məktəbli olduğu və şagirdlərdən bəzilərini girov götürdüyü bildirilir.
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadası və xüsusi təyinatlı polis qüvvələri cəlb olunub.