İlham Əliyev Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşüb
- 03 fevral, 2026
- 10:18
Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 3-də Əbu-Dabi şəhərində Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşü olub.
"Report"un Əbu-Dabiya ezam olunan əməkdaşı xəbər verir ki, Məhəmməd Əbdülsalam Azərbaycana səfərlərini və dövlət başçısı ilə görüşlərini böyük məmnunluqla xatırlayıb.
O, Prezident İlham Əliyevi "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi münasibətilə bir daha təbrik edib.
Prezident İlham Əliyev təbrikə və yüksək mükafata görə minnətdarlığını bildirərək, Zayed Fondunun fəaliyyətini, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsinin və bəşəri dəyərlərinin dünyada təşviq edilməsində oynadığı mühüm rolu yüksək qiymətləndirib.
Azərbaycan Prezidentinin bu mükafata layiq görülməsi, həmçinin Roma Papası XIV Leonun və Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Əl-Tayyibin Azərbaycan Prezidentinin sülhün bərqərar olunması istiqamətində fəaliyyətinə verdikləri qiymətin təcəssümü kimi dəyərləndirilib.