"İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə-2025"ə 5 min ziyarətçinin qatılacağı gözlənilir
- 05 dekabr, 2025
- 10:47
Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə keçiriləcək "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə-2025"ə 5 min ziyarətçinin qatılacağı gözlənilir.
"Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova bununla bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan ilk dəfədir İƏT-in mədəniyyət festivalına ev sahibliyi edir:
"Bu tədbir bizim multikultiral dəyərlərə göstərdiyimiz hörmətin nəticəsidir. Tədbir 50 ölkədən 300-dən artıq nümayəndəni bir araya gətirəcək. Tədbirdə 5 min ziyarətçinin iştirak edəcəyi gözlənilir. Bu cür tədbirlər İƏT daxilində həmrəyliyin möhkəmlənməsinə imkan yaradır".
Nazir müvini həmçinin bildirib ki, Azərbaycan bu festival vasitəsilə gənc istedadlarını tanıdacaq:
"Tədbir zamanı panellər təşkil oluncaq. Müxtəlif ölkələrin kino səahəsində çalışan mütəxəssislər bir araya gələcək. Festivalda müxtəlif mədəni layihələrin təşkili planlaşdırılır. Bu cür tədbirlər vasitəsilə ölkəmizin regionda yaradıcı mədəni ölkə kimi formalaşmasına şərait yaratmış oluruq. Bu tədbir yeni ideyaların, qlobal layihələrin birgə hazırlanmasına töhfə verəcək".
Xatırladaq ki, "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə-2025" dekabrın 5-11-də keçiriləcək.