Gürcüstanda 700 min dollara uran satmaq istəyən şəxs saxlanılıb

Region
  • 07 oktyabr, 2026
  • 10:54
Gürcüstanda 700 min dollara uran satmaq istəyən şəxs saxlanılıb

Gürcüstanda radioaktiv maddə, o cümlədən uran-238 ilə qanunsuz davranmaqda şübhəli bilinən Gürcüstan vətəndaşı saxlanılıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, saxlanılma Əks-kəşfiyyat və Xüsusi Əməliyyatlar departamentlərinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində həyata keçirilib.

İstintaqın versiyasına görə, saxlanılan şəxsin uran-238-i xarici ölkə vətəndaşına 700 min ABŞ dollarına satmaq planı olub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin nüvə materialı ilə qanunsuz davranışı nəzərdə tutan 230-cu maddəsi üzrə istintaq aparılır.

Maddə üzrə 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

44 - Tezliklə