Maaşlarını artımla alacaq körpələr evi işçilərinin əhatə dairəsi müəyyənləşib
Sağlamlıq
- 27 oktyabr, 2025
- 16:03
Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarına edilən artım əmsallarının şamil olunacağı işçilərin əhatə dairəsi müəyyənləşib.
"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına aşağıdakı
artım əmsalları tətbiq ediləcək:
- baş həkim – 3 dəfə;
- baş mühasib, həkim-pediatr, musiqi rəhbəri, baş tərbiyəçi, tərbiyəçi, həkim diyetoloq – 2,5 dəfə;
- baş tibb bacısı, böyük tibb bacısı (qardaşı), psixoloq, hüquq məsləhətçisi, mühasib – 2 dəfə;
- təsdiq edilmiş mövcud ştat vahidinə uyğun olaraq digər vəzifələr – 1,5 dəfə.
Qeyd edək ki, bu qərar avqustun 1-dən tətbiq edilir.
Son xəbərlər
19:25
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Araz-Naxçıvan"ı məğlub edib
Futbol19:11
Azərbaycan boksçusu: "Dünya çempionatında yaxşı nəticə əldə etdik"
Fərdi19:07
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Hadisə19:07
Azərbaycan millisinin baş məşqçisi Ağsuda səfərdə olub
Futbol19:05
Berlində Zelenskinin gəlişi ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib
Digər ölkələr18:36
Tahir Gözəl "Qarabağ"ın üzvləri ilə görüşüb
Futbol18:27
Foto
Azərbaycanın ən gənc dünya çempionu: "Finalda erməniəsilli boksçuya qalib gəldim"
Fərdi18:16
Foto
Vətən müharibəsi qazisinin baş rolda çəkildiyi "Qələbə nəfəsi" filmi təqdim olunub
İncəsənət18:00
Foto