Azərbaycana turist axını 2 % azalıb

Turizm
  • 19 dekabr, 2025
  • 12:08
Azərbaycana turist axını 2 % azalıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 189 ölkədən 2 milyon 364 min nəfər və yaxud 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 24,2 %-i Rusiya, 17,6 %-i Türkiyə, 8,1 %-i İran, 6,4 %-i Hindistan, 4,3 %-i Gürcüstan, 4,2 %-i Səudiyyə Ərəbistanı, 4,1 %-i Qazaxıstan, 3,5 %-i Pakistan, 2,6 %-i Çin, 2,5 %-i İsrail, 2,4 %-i Özbəkistan, 1,6 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,5 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər birindən 1,1 % olmaqla Belarus və Böyük Britaniya, 1 %-i Küveyt, 12,5 %-i digər ölkələrin vətəndaşları olub, 66,7 %-ini kişilər, 33,3 %-ini qadınlar təşkil edib.

1 il əvvələ nisbətən İsraildən gələnlərin sayı 2,3 dəfə, Tacikistandan - 1,7 dəfə, İordaniyadan - 49,6 %, Çindən - 43,1 %, Özbəkistandan - 38,6 %, Qırğızıstandan - 34,9 %, Yaponiyadan - 26,4 %, Qazaxıstandan - 20,3 %, Pakistandan - 12,5 %, İtaliyadan - 11,4 %z, Almaniyadan - 10,3 % artıb.

Son 1 ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,7 % artaraq 111 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 2,8 % azalaraq 380,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,8 % azalaraq 804,5 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 2,5 % artaraq 1 milyon 67,7 min nəfər təşkil edib.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76 %-i hava, 22,7 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti