Natiq Əliyev: Zərdabinin İçərişəhərdəki abidəsinin yerini dəyişdirmək düzgün deyil
- 19 dekabr, 2025
- 14:49
Həsən bəy Zərdabinin heykəli Azərbaycan Milli Ensiklopediyasının köhnə binasının qarşısında ucaldılıb, indi ora restoran kimi fəaliyyət göstərir, olsun. Sabah, bəlkə, o restoranın da yerində kitabxana oldu, onda necə olacaq?
Bunu "Report"a müsahibəsində Xalq rəssamı Natiq Əliyev Həsən bəy Zərdabinin İçərişəhərdəki abidəsinin yerinin dəyişdirilməsi ilə bağlı təklifə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, abidə üçün ilkin variant ən düzgün variantdır.
"Çünki həmin vaxt abidənin qoyulacağı yerlə bağlı bütün prinsiplər hesablanır, bir növ, abidə qoyulacağı yerə uyğunlaşdırılır, ora uyğun quraşdırılır. Miqyasdan tutmuş materiala qədər hər şey məhz abidənin qoyulacağı yerə görə hesablanır. Üstəgəl, insanların da gözü öyrəşir, şəhərdə özünə görə müəyyən simvola çevrilir".
Natiq Əliyev onu da qeyd edib ki, həmin heykəl divarın qarşısında qoyulmaq üçün hazırlanıb.
"Bunu müəllif mütləq nəzərə alır, heykəlin növləri var – relyef, kontur relyef, barelyef, qorelyef... Məsələn, qorelyef divara yapışıq olur, bax bu şeyləri müəllif mütləq şəkildə düşünür, hesablayır", - o qeyd edib.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.