Azərbaycan BMT Baş Assambleyasının 81-ci sessiyasında geniş tərkibdə nümayəndə heyəti ilə iştirak edəcək

Xarici siyasət
  • 09 sentyabr, 2026
  • 13:11
Azərbaycan BMT Baş Assambleyasının 81-ci sessiyasında geniş tərkibdə nümayəndə heyəti ilə iştirak edəcək

Azərbaycan sentyabrın 22-də Nyu-Yorkda öz işinə başlayacaq BMT Baş Assambleyasının 81-ci sessiyasında geniş tərkibdə nümayəndə heyəti ilə iştirak edəcək.

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 9-da Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dövlət başçısının BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirakı nəzərdə tutulmur:

"Ancaq Azərbaycan sessiyaya geniş tərkibdə nümayəndə heyəti ilə qatılacaq. Hazırda bununla bağlı hazırlıq aparılır".