Azərbaycanın 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb
- 15 aprel, 2026
- 16:10
Maliyyə Nazirliyinin hazırladığı 2027-2030-cu illəri əhatə edən Ortamüddətli büdcə çərçivəsi qurumun internet səhifəsində yerləşdirilib.
"Report" nazirliyə istinadən xəbər verir ki, Ortamüddətli büdcə çərçivəsi ölk Prezidentinin 24 avqust 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası"na və "2027-ci il dövlət büdcəsi layihəsinin hazırlanması haqqında" Nazirlər Kabinetinin 30 yanvar 2026-cı il tarixli sərəncamına əsasən tərtib olunub.
Sənəd büdcə siyasətinin əsas istiqamət və hədəflərini, makro-fiskal çərçivəni, milli xərc prioritetlərini, ortamüddətli resurs zərfini, icmal büdcənin və dövlət büdcəsinin gəlir və xərclərinin proqnozlarını, habelə büdcə islahatlarına cəlb olunan sektorlar üzrə nəzərdə tutulan proqramların həyata keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin yuxarı hədləri barədə məlumatları ehtiva edir.