Suriyada zəlzələ nəticəsində ölənlərin sayı mini keçib - YENİLƏNİB-10

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı mini keçib - YENİLƏNİB-10 Ocağı Türkiyədə qeydə alınan 7.4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.
Digər ölkələr
6 Fevral , 2023 21:54
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı mini keçib - YENİLƏNİB-10

Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1060 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə “Asharq Al-Awsat” telekanalı məlumat yayıb.

Yaralı sayı 2 400 nəfər təşkil edir.

21:33

Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 960-ı ötüb.

"Report" "Asharq Al-Awsat" telekanalına istinadən xəbər verir ki, daha 2 400 nəfər yaralanıb.

Bundan əvvəl 538 nəfərin öldüyü, 1 300 mindən artıq insanın yaralandığı bildirilirdi.

20:55

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 538 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, daha 1353 nəfər zərər çəkib.

19:08

Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 461-ə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, verilən rəqəmlər yekun deyil. Səhiyyə Nazirliyi təbii fəlakətin əsas zərbəsinin Suriyanın Hələb, Latakiya, Tartus və Həma əyalətlərinə dəydiyini bildirib.

17:42

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 430-a, yaralıların sayı isə 1 315 nəfərə çatıb. 

“Report” SANA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib. 

16:38

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 403-ə, yaralıların sayı isə 1 284 nəfərə yüksəlib. 

“Report” SANA-ya istinadən xəbər verir ki, bu barədə Suriyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

11:50

Suriyada güclü zəlzələdə ölənlərin sayı 371-ə çatıb.

“Report” Suriya KİV-inə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib. 

Qeyd olunub ki, 1089 nəfər yaralanıb.

10:23

Suriyanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 237-yə çatıb.

“Report” Suriya KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Bildirilib ki, zəlzələ nəticəsində 639 nəfər xəsarət alıb. 

Qeyd olunub ki, Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla adam qalıb.

09:27

Suriyanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 100-ü keçib.

“Report” Suriya KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla adam qalıb. 400-ə yaxın adam dağıntıların altından çıxarılıb.

09:15

Suriyanın şimalında baş verən zəlzələ nəticəsində 42 nəfər ölüb.

“Report” SANA-ya istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Əhməd Dumeyriyə bildirib. 

Təbii fəlakət nəticəsində 200 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

07:34

Ocağı Türkiyədə qeydə alınan 7.4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.

“Report” “Al Jazeera”ya istinadən xəbər verir ki, dağıntılar altından artıq 6 nəfərin meyiti çıxarılıb.

Dağıntılar ölkənin əsasən Hələb və İdlib bölgələrində qeydə alınıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin mərkəzi və cənub ərazilərində güclü zəlzələ olub. Dağıntılar altında çox sayda insanların qaldığı bildirilir.

Son xəbərlər

Orphus sistemi