Zelenski F-16 qəzasından sonra Ukrayna Hərbi Hava Qüvvələrinin komandanını işdən çıxarıb

Zelenski F-16 qəzasından sonra Ukrayna Hərbi Hava Qüvvələrinin komandanını işdən çıxarıb Ukrayna Prezidenti Volodimir Zelenski Nikolay Nikolayeviç Poleşuku Silahlı Qüvvələrin Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsindən azad edib.
Digər ölkələr
30 Avqust , 2024 21:52
 Zelenski F-16 qəzasından sonra Ukrayna Hərbi Hava Qüvvələrinin komandanını işdən çıxarıb

Ukrayna Prezidenti Volodimir Zelenski Nikolay Nikolayeviç Poleşuku Silahlı Qüvvələrin Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsindən azad edib.

“Report”un məlumatına görə, müvafiq fərman Ukrayna dövlət başçısının Ofisinin saytında dərc edilib.

"Nikolay Nikolayeviç Poleşuk Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsindən azad edilsin", - sənəddə deyilir.

Sonra Prezident Oleşukun işdən çıxarılmasına münasibət bildirib.

"Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanını dəyişdirmək qərarına gəldim. Bütün hərbi pilotlarımıza, mühəndislərimizə, mobil atəş qruplarının əsgərlərinə, hava hücumundan müdafiə ekipajlarına sonsuz minnətdaram. Ukrayna uğrunda həqiqətən döyüşən hər kəsə. Bu da komanda səviyyəsində lazımdır - biz güclənməliyik və insanlara qayğı göstərməliyik.

Qeyd edək ki, Hərbi Hava Qüvvələri komandanının işdən çıxarılması avqustun 26-da Ukraynaya məxsus F-16 qırıcısının qəzaya uğraması fonunda baş verib.

Son xəbərlər

Orphus sistemi