YUNİSEF: Suriyada bombardman nəticəsində 22 şagird, 6 müəllim ölüb

YUNİSEF: Suriyada bombardman nəticəsində 22 şagird, 6 müəllim ölüb Bu şəhər 2015-ci ilin martında Bəşər Əsəd rejiminə müxalif qrupların nəzarəti altındadır
Digər ölkələr
27 Oktyabr , 2016 14:43
YUNİSEF: Suriyada bombardman nəticəsində 22 şagird, 6 müəllim ölüb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Suriyanın İdlib şəhərindəki məktəbin bombalanması nəticəsində 22 şagid və 6 müəllim həlak olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (YUNİSEF) icraçı direktoru Entoni Leyk məlumat yayıb.

O, hücum edən tərəfin adını açıqlamayıb.

Xatırladaq ki, Suriyanın şimal-qərbində yerləşən İdlib şəhəri 2015-ci ilin martında Bəşər Əsəd rejiminə müxalif qrupların nəzarəti altındadır. BMT-nin məlumatına görə, 2011-ci ilin martından Suriyada davam edən silahlı qarşıdurma nəticəsində 220 mindən çox insan ölüb. 

Son xəbərlər

Orphus sistemi