Bayden Çinin elektrik avtomobillərinə idxal tariflərini dörd dəfə artırmağı planlaşdırır

Bayden Çinin elektrik avtomobillərinə idxal tariflərini dörd dəfə artırmağı planlaşdırır ABŞ prezidenti Cozef Bayden administrasiyası gələn həftə Çindən gələn təmiz enerji məhsullarına tarifləri artıracağını elan etməyi planlaşdırır.
Digər ölkələr
11 May , 2024 00:43
Bayden Çinin elektrik avtomobillərinə idxal tariflərini dörd dəfə artırmağı planlaşdırır

ABŞ prezidenti Cozef Bayden administrasiyası gələn həftə Çindən gələn təmiz enerji məhsullarına tarifləri artıracağını elan etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazır.

Qeyd olunub ki, tarif artımı Çinin kritik minerallarına, günəş panellərinə və batareyalarına təsir edəcək. Elektrikli avtomobillərin idxal tariflərinin 100%-ə qədər artacağı gözlənilir.

Qərar mayın 14-də elan edilə bilər. Hazırkı 25% tarif Çindən gələn ucuz elektrik avtomobillərinin Amerika bazarına daxil olmasına mane olmurdu.

Aprel ayında ABŞ prezidenti Cozef Bayden Çindən polad və alüminium idxalına rüsumları üç dəfə artırmaq niyyətində olduğunu açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi