KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir

KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir ABŞ Prezidenti Cozef Baydenin administrasiyası İsrailə hərbi yardım göndərməkdə davam edir.
Digər ölkələr
11 May , 2024 03:15
KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası İsrailə hərbi yardım göndərməkdə davam edir.

“Report” xəbər verir ki, bu barədə “NBC” televiziyası Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Onlar bildiriblər ki, son günlər İsrailə həm hücum, həm də müdafiə silahları, o cümlədən atıcı silahlar göndərilib.

Qeyd olunub ki, Baydenin ABŞ-ın Rəfah şəhərində böyük hərbi əməliyyat baş verəcəyi təqdirdə İsrailə silah tədarükünü dayandıracağı ilə bağlı açıqlamaları, iki yaxın müttəfiq arasında yaranan fikir ayrılığı Amerika liderinin daxili tənqidlərini artırıb.

Bu sözlər həm də onun yüksək vəzifəli məmurları arasında “qəzəb və daxili çəkişmələrə” səbəb olub.

ABŞ Müdafiə Nazirliyi daha əvvəl “CNN” televiziya şirkətinə bildirib ki, ABŞ hakimiyyəti keçən həftə Qəzzanın Rəfah şəhərində hərbi əməliyyat zamanı istifadə oluna biləcəyi ilə bağlı İsrailə 3,5 aviasiya bombasının tədarükünü dayandırıb.

Son xəbərlər

Orphus sistemi