Tramp: Demokratik Partiya ABŞ-ı məhv edir

Tramp: Demokratik Partiya ABŞ-ı məhv edir Amerikanın hazırkı prezidenti Cozef Baydenin mənsub olduğu Demokratik Partiya ABŞ-ı məhv edir.
Digər ölkələr
24 May , 2024 07:48
Tramp: Demokratik Partiya ABŞ-ı məhv edir

Amerikanın hazırkı prezidenti Cozef Baydenin mənsub olduğu Demokratik Partiya ABŞ-ı məhv edir.

“Report” un məlumatına görə, bu fikri Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürmək istəyən keçmiş Amerika lideri Donald Tramp deyib.

“Demokratik partiya uğursuzluq, ekstremizm və kobud səriştəsizliyin partiyasıdır. Onlar ölkəmizi məhv edəcəklər”, - o, Nyu-Yorkda mitinqdə tərəfdarlarına deyib.

Tramp qeyd edib ki, Birləşmiş Ştatlar keçmişdə daha ciddi problemlərlə üzləşib və yalnız onları aradan qaldırmaqla güclənib:

“Ona görə də mən o qədər inanıram ki, biz Amerikanı yenidən böyük və firavan ölkəyə çevirəcəyik. Seçkilərdə qalib gələrəmsə, ilk növbədə ABŞ sərhədini qanunsuz keçən miqrant axınını dayandıracam, həmçinin vergiləri aşağı salacam və qanunun aliliyini bərpa edəcəyəm”.

Son xəbərlər

Orphus sistemi