Parisdə keçiriləcək Olimpiya Oyunları ərəfəsində Eyfel qülləsinə biletlər bahalaşacaq

Parisdə keçiriləcək Olimpiya Oyunları ərəfəsində Eyfel qülləsinə biletlər bahalaşacaq Fransanın paytaxtı Paris şəhərində Eyfel qülləsinin administrasiyası iyunun 17-dən bu attraksiona baş çəkmək üçün biletlərin qiymətini 20% artırmaq niyyətindədir.
Digər ölkələr
24 May , 2024 08:17
Parisdə keçiriləcək Olimpiya Oyunları ərəfəsində Eyfel qülləsinə biletlər bahalaşacaq

Fransanın paytaxtı Paris şəhərində Eyfel qülləsinin administrasiyası iyunun 17-dən bu attraksiona baş çəkmək üçün biletlərin qiymətini 20% artırmaq niyyətindədir.

“Report”un məlumatına görə, bu barədə “Le Parisien” qəzeti Eyfel qülləsinin istismarı cəmiyyətinə istinadən xəbər verir.

Beləliklə, böyüklər liftlə yuxarı müşahidə göyərtəsinə indiki 29,40 avro əvəzinə 35,30 avroya çıxa biləcək, 12-14 yaşlı yeniyetmələr üçün tarif 14,70 avrodan 17,70 avroya, 4 yaşdan 11 yaşa qədər uşaqlar üçün - 7,40 avrodan 8,90 avroya qədər yüksələcək.

Ən ucuz - pilləkənlə ikinci mərtəbəyə qalxmaq üçün bilet 10 avrodan 14,20 avroya qədər bahalaşacaq.

Qiymət artımı cəmiyyətin pandemiya ilə əlaqədar yaşadığı maliyyə problemləri ilə bağlıdır. Belə ki, 2020-ci ildən 2022-ci ilə qədər əməliyyat itkiləri təxminən 113 milyon avro təşkil edib. 2023-cü ildə ziyarətçilərin sayı 2019-cu ilin pandemiyadan əvvəlki səviyyəyə (6 milyon nəfər) yaxınlaşsa da, abidənin rəhbərliyi hələ də maliyyə çətinlikləri yaşayır.

2024-cü ilin fevral ayında qüllə işçiləri tətilə çıxıblar və Eyfel qülləsinin istismarı cəmiyyətini Olimpiya Oyunları zamanı tətillərlə hədələyiblər.

Son xəbərlər

Orphus sistemi