KİV: Si Cinpin Avropaya səfəri zamanı Aİ ilə ABŞ-nin arasını vurmağa çalışıb

KİV: Si Cinpin Avropaya səfəri zamanı Aİ ilə ABŞ-nin arasını vurmağa çalışıb Çin lideri Si Cinpin Avropaya səfəri zamanı qitədə siyasi parçalanma yaratmağa və ABŞ ilə Avropa İttifaqı (Aİ) arasında sıxıntı yaratmağa çalışıb.
Digər ölkələr
10 May , 2024 23:54
KİV: Si Cinpin Avropaya səfəri zamanı Aİ ilə ABŞ-nin arasını vurmağa çalışıb

Çin lideri Si Cinpin Avropaya səfəri zamanı qitədə siyasi parçalanma yaratmağa və ABŞ ilə Avropa İttifaqı (Aİ) arasında sıxıntı yaratmağa çalışıb.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentlik vurğulayır ki, Si Cinpinin Fransaya səfəri ona çox az şey qazandırsa da, Serbiya və Macarıstana səfərləri daha məhsuldar olub.

“Si yeni soyuq müharibədən qaçmağın zəruriliyindən danışsa da, onun diplomatiyası Avropanın şərqini qərbi ilə qarşı-qarşıya qoyaraq keçmişdəki müharibənin parçalanmalarını canlandırıb”, - məlumatda deyilir.

Fransa Prezidenti Emmanuel Makron daha sıx şəxsi əlaqələr qurmaqla Çin liderini Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırması üçün Vladimir Putinə təsir göstərməyə inandıra biləcəyinə ümid edirdi. Ancaq Si Cinpin Çinin mövqeyini çox da dəyişməyib.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də müharibənin ekzistensial xarakterini qeyd edib, lakin Si Cinpin müqavimət göstərməyə çalışıb və Ukraynadakı müharibəyə görə Çini tənqid etməməyə çağırıb.

“Bloomberg” yazır ki, Si Cinpin ABŞ ilə Aİ arasında sıxıntı yaratmağa cəhd edib, lakin onun buna nail olduğunu demək çox çətindir. Ursula fon der Lyayen daha sonra Aİ-nin Çinin ədalətsiz ticarət təcrübələrinə qarşı mübarizə aparmaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazır olduğunu söyləyib.

Jurnalistlər onu da qeyd edib ki, bu, Çinin Aİ-ni parçalamaq üçün ilk cəhdi deyil. 2012-ci ildə Pekin Mərkəzi və Şərqi Avropanın 16 ölkəsi ilə əlaqələri gücləndirmək üçün mexanizm yaradıb, lakin sonradan bu təşəbbüs özünü doğrultmayıb.

Son xəbərlər

Orphus sistemi