Rumıniya rusiyalı diplomatı “persona non-grata” elan edib

Rumıniya rusiyalı diplomatı “persona non-grata” elan edib Rumıniya hakimiyyəti Rusiya səfirliyinin diplomatını ölkə ərazisində arzuolunmaz şəxs elan edib.
Digər ölkələr
24 May , 2024 14:59
Rumıniya rusiyalı diplomatı “persona non-grata” elan edib

Rumıniya Rusiya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına zidd addımlara görə Rusiyanın Buxarestdəki səfirliyinin diplomatını ölkə ərazisində “persona non-grata” elan etmək qərarına gəlinib”, - məlumatda vurğulanıb.

Bundan əvvəl Rumıniyanın Mütəşəkkil Cinayətkarlıqla və Terrorizmlə Mübarizə İdarəsi (DIICOT) Rumıniya vətəndaşının dövlətə xəyanət ittihamı ilə saxlandığını bildirib. Məlumata görə, o, Rumıniya və ya NATO-ya məxsus hərbi obyektlərin fotoşəkillərini Rusiyanın Buxarestdəki səfirliyinə göndərib.

Son xəbərlər

Orphus sistemi