Aİ xarici agentlər haqqında qanuna görə Gürcüstana sanksiyalar tətbiq etmək niyyətində deyil

Aİ xarici agentlər haqqında qanuna görə Gürcüstana sanksiyalar tətbiq etmək niyyətində deyil Avropa İttifaqı (Aİ) "xarici təsirin şəffaflığı haqqında" qanuna görə Gürcüstana qarşı sanksiyalar tətbiq etmək niyyətində deyil, lakin bunun ölkənin Aİ-yə üzvlüyünə zidd olduğunu Tbilisiyə çatdırmağa çalışır.
Digər ölkələr
24 May , 2024 18:24
Aİ xarici agentlər haqqında qanuna görə Gürcüstana sanksiyalar tətbiq etmək niyyətində deyil

Avropa İttifaqı (Aİ) "xarici təsirin şəffaflığı haqqında" qanuna görə Gürcüstana qarşı sanksiyalar tətbiq etmək niyyətində deyil, lakin bunun ölkənin Aİ-yə üzvlüyünə zidd olduğunu Tbilisiyə çatdırmaq istəyir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin yüksək vəzifəli nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib.

“Söhbət cəza tədbirlərindən getmir. Amerikalılar kimi sanksiyalar tətbiq etmək? Onların danışıqları yoxdur, fərqli mövqeləri var. Düşünməyin ki, biz Gürcüstanı bir qanuna görə cəzalandırırıq. Onlar Aİ-yə daxil olmaq istədiklərini deyirlər və eyni zamanda “xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul edirlər. Hər ikisini də bacara biləcəklərini düşünürlər. Bizim cavabımız: yox”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi