Almaniya Danimarka ilə birlikdə Ukraynaya "Leopard" tankları tədarük edib

Almaniya Danimarka ilə birlikdə Ukraynaya "Leopard" tankları tədarük edib Almaniya Danimarka ilə birgə layihə çərçivəsində Ukraynaya 10 Leopard tankı tədarük edib.
Digər ölkələr
24 May , 2024 14:04
Almaniya Danimarka ilə birlikdə Ukraynaya Leopard tankları tədarük edib

Almaniya Danimarka ilə birgə layihə çərçivəsində Ukraynaya 10 Leopard tankı tədarük edib.

“Report” xəbər verir ki, bu barədə Almaniya KİV-ləri məlumat yayıb.

Hərbi yardım paketinə həmçinin 54 ədəd “Vector” və “Heidrun” kəşfiyyat pilotsuz uçuş aparatları (PUA), 8,5 min 155 mm-lik artilleriya mərmisi, “Leopard-2”, “Dachs” tankları və “Marder” piyada döyüş maşınları üçün 20 MG3 pulemyotu daxildir.

Bildirilib ki, 3 HIMARS reaktiv buraxılış raket sisteminin Kiyevə tədarükü ilə bağlı hazırlıqlar həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi