Aİ Rusiyaya qarşı yeni sanksiya rejimini təsdiq edəcək

Aİ Rusiyaya qarşı yeni sanksiya rejimini təsdiq edəcək Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri mayın 27-də Rusiyaya qarşı Navalnının adını daşıyacaq yeni sanksiyalar rejimini təsdiq edəcəklər.
Digər ölkələr
24 May , 2024 16:55
Aİ Rusiyaya qarşı yeni sanksiya rejimini təsdiq edəcək

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri mayın 27-də Rusiyaya qarşı Aleksey Navalnının adını daşıyacaq yeni sanksiyalar rejimini təsdiq edəcəklər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin yüksək rütbəli nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, bu sanksiyalar insan hüquqlarını pozan şəxsləri və qurumları hədəfə alacaq.

O, rusiyalı siyasətçi Aleksey Navalnının adını daşıyacaq.

“Ümid edirik ki, nazirlər insan haqlarının pozulmasına görə yeni sanksiya rejimini təsdiq edəcəklər”, - o qeyd edib.

Qeyd edək ki, Aleksey Navalnı fevralın 16-da cəza çəkdiyi islah əmək müəssisəsində vəfat edib.

Son xəbərlər

Orphus sistemi