Yunanıstan XİN başçısı: “Türkiyə ilə münasibətlərin həllində qarşılıqlı razılığa gəlmişik”

Yunanıstan XİN başçısı: “Türkiyə ilə münasibətlərin həllində qarşılıqlı razılığa gəlmişik” “Türkiyə ilə münasibətlərin həlli ilə bağlı qarşılıqlı razılığa gəlmişik”.
Digər ölkələr
29 Noyabr , 2023 12:57
Yunanıstan XİN başçısı: “Türkiyə ilə münasibətlərin həllində qarşılıqlı razılığa gəlmişik”

“Türkiyə ilə münasibətlərin həllində qarşılıqlı razılığa gəlmişik”.

“Report” xəbər verir ki, bunu Yunanıstanın xarici işlər naziri Yorgos Yerapetritis “Anadolu”ya müsahibəsində deyib.

O bildirib ki, iki ölkə arasındakı anlaşılmazlıqlar diplomatiyanın davam etməsi üçün əngəl deyil: “Biz mövcud problemləri bir qırağa qoymaq barədə razılığa gəlmişik”.

Yunan nazir vurğulayıb ki, iki ölkə arasında müdafiə və hərbi sahədə etimad mühiti yaradan addımların atılmasına, əlaqələrin inkişafına ehtiyac var: “Sülhün təmin olunması üçün birlikdə çalışmalıyıq. Hər iki ölkədə əlaqələrin inkişafına qarşı çıxanlar var. Bu, gözlənilən idi. Amma birlikdə yaşamağa məcburuq. Gərginliyin daha da azaldılmasının tərəfdarıyam”.

Y.Yerapetritis söyləyib ki, fikir ayrılıqlarına yox, ortaq məqamlara köklənmək lazımdır: “Məsələn, yaxın gələcəkdə iqtisadiyyat, turizm, mədəniyyət sahələrində sazişlərin imzalanması ilə bağlı yol xəritəmiz var”.

Son xəbərlər

Orphus sistemi