Yossi Fuks: İsrail HƏMAS-a tərk-silah üçün 60 gün verəcək

Digər ölkələr
  • 16 fevral, 2026
  • 20:21
Yossi Fuks: İsrail HƏMAS-a tərk-silah üçün 60 gün verəcək

İsrail HƏMAS hərəkatına tərk-silah olunması üçün 60 günlük müddət verəcək, əks halda, İsrail ordusu Qəzza zolağında döyüş əməliyyatlarını bərpa edəcək.

"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bunu İsrail Nazirlər Kabinetinin katibi Yossi Fuks Qüdsdə keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, belə bir müddətin verilməsini ABŞ administrasiyası xahiş edib və İsrail tərəfi bu xahişə hörmətlə yanaşır.

Y.Fuks qeyd edib ki, 60 günü saymağa başlayacaqları dəqiq tarix hələ müəyyən edilməyib, lakin bu müddət Qəzza üzrə Sülh Şurasının ilk iclasının keçiriləcəyi gündən başlaya bilər.

"Bu müddətin yekununda İsrail vəziyyəti qiymətləndirəcək: əgər tərk-silah olunmasa, İsrail ordusu Qəzzada missiyanı tamamlamaq məcburiyyətində olacaq", - o bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti