Yeni Kaledoniyada etirazçılarla polislər arasında toqquşmalar yenidən başlayıb

Yeni Kaledoniyada etirazçılarla polislər arasında toqquşmalar yenidən başlayıb Fransanın dənizaşırı Yeni Kaledoniya ərazisində iyunun 24-də gecə saatlarında etirazçılarla polis arasında toqquşmalar yenidən başlayıb.
Digər ölkələr
24 İyun , 2024 11:24
Yeni Kaledoniyada etirazçılarla polislər arasında toqquşmalar yenidən başlayıb

Fransanın dənizaşırı Yeni Kaledoniya ərazisində iyunun 24-də gecə saatlarında etirazçılarla polis arasında toqquşmalar yenidən başlayıb.

“Report” xəbər verir ki, bu barədə BFMTV kanalı Ali Komissarlığa istinadən məlumat yayıb.

Gərgin vəziyyətin hələ də qaldığı bildirilir.

Qeyd edilib ki, Pen və Mare adaları daxil olmaqla, bütün Yeni Kaledoniyada iğtişaşlar baş verib: “Bu, çoxsaylı əlavə qüvvələrin müdaxiləsini tələb edib”.

Bu gün bir çox məktəb təhlükəsizlik səbəbi ilə bağlanıb.

Xatırladaq ki, Yeni Kaledoniyada iğtişaşlar mayın 13-də başlayıb. Bunun səbəbi Parisin yeni seçicilərə - 10 ildən çoxdur Yeni Kaledoniyada yaşayanlara yerli seçkilərdə səs vermək hüququ vermək qərarı ilə bağlıdır. Yerli əhali bu qərarın əleyhinə çıxıb.

Son xəbərlər

Orphus sistemi