Yəməndə siyasi böhran: prezident və baş nazir vəzifələrindən istefa veriblər

Yəməndə siyasi böhran: prezident və baş nazir vəzifələrindən istefa veriblər Prezident Əbd Rəbbu Mənsur Hadi istefa ərizəsini parlamentə təqdim edib
Digər ölkələr
22 Yanvar , 2015 22:08
Yəməndə siyasi böhran: prezident və baş nazir vəzifələrindən istefa veriblər

BAKI. 22 yanvar. REPORT.AZ/ Yəməndə şiə üsyançıları (husilər) prezident sarayını ələ keçirdikdən sonra dərinləşən siyasi böhran kulminasiya həddinə çatıb. Belə ki, bu gün öncə baş nazir daha sonra isə ölkə prezindenti vazifələrindən istefa veriblər.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, prezident Əbd Rəbbu Mənsur Hadinin istefası ərizəsinin parlamentə təqdim etməsi xəbərini dövlət başçısının müşavirləri də təstiq edib.

Qeyd edək ki, hazırda husilər paytaxt Səna şəhərinə praktiki olaraq tam nəzarət edirlər.

Husilər Sənanı və ətraf əraziləri keçən ilin payızından bəri nəzarətdə saxlayırlar. Yəmən hökumətini bir il əvvəl əldə edilən razılaşmaları yerinə yetirməməkdə ittiham edən üsyançılar əsasən ölkəni federasiyaya çevirəcək yeni konstitusiya layihəsinə qarşı çıxırlar.

BMT Yəməndə faktiki olaraq dövlət çevrilişi baş verdiyindən ehtiyat edir. Təhlükəsizlik Şurası tərəfləri fikir ayrılıqlarını zorakılığa yol vermədən danışıqlar vasitəsilə həll etməyə çağırıb.

2011-ci ildə baş verən hökumət dəyişikliyindən sonra Yəmən indiyə qədər siyasi böhran vəziyyətindən çıxa bilməyib.

Son xəbərlər

Orphus sistemi