Yəməndə həbsxanaya hava hücumunda ölənlərin sayı 87 nəfərə çatıb

Digər ölkələr
  • 22 yanvar, 2022
  • 20:17
Yəməndə həbsxanaya hava hücumunda ölənlərin sayı 87 nəfərə çatıb

Yəməndə həbsxanaya hava hücumunda ölənlərin sayı 87 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə “Əl-Masirah” telekanalı məlumat yayıb.

Yaralı sayı 226 nəfər təşkil edir.

Yanvarın 21-də Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndə husilərin qiyam qaldırdığı həbsxanaya hava zərbələri endirib. İlkin məlumatlarda 70 nəfərin öldüyü, 140-a yaxın insanın yaralandığı bildirilirdi.

Xilasedicilər dağıntılar altından qurbanları və ölənlərin meyitlərini çıxarmaqda davam edir.

2014-cü ilin avqustundan Yəməndə hökumət qüvvələri ilə husilərin silahlı birləşmələri arasında qarşıdurma davam edir. Münaqişə dünyanın ən böyük humanitar böhranına səbəb olub. BMT-nin məlumatına görə, 24 milyondan çox yəmənli - ölkə əhalisinin təxminən 80%-i humanitar yardıma ehtiyac duyur, məcburi köçkünlərin sayı isə 3 milyonu ötüb.

Son xəbərlər

Bütün Xəbər Lenti