Yəhudi ekstremistlər fələstinlilərin yaşadığı evi yandırıb

Yəhudi ekstremistlər fələstinlilərin yaşadığı evi yandırıb Fələstinli rəsmilər deyirlər ki, İsrail hadisə ilə bağlı məsuliyyət daşıdığını bildirməlidir
Digər ölkələr
31 İyul , 2015 21:52
Yəhudi ekstremistlər fələstinlilərin yaşadığı evi yandırıb

Bakı. 31 iyul. REPORT.AZ/ İsrail polisinin bildirdiyinə görə, İordan Çayının Qərb Sahilindəki evdə baş verən yanğın əsnasında 18 aylıq fələstinli körpə ölüb, bir neçə nəfər yaralanıb. Fələstinlilərin yaşadığı evin yəhudi ekstremistlər tərəfindən yandırıldığından şübhələnilir.

"Report" BBC-yə instinadən xəbər verir ki, rəsmilər səhər erkən Duma kəndində yandırılan evin divarında ivrit hərflərinin cızıldığını deyiblər. İsrail ordusu şübhəliləri axtarır.

Fələstinli rəsmilər deyirlər ki, İsrail hadisə ilə bağlı məsuliyyət daşıdığını bildirməlidir.

İsrailin baş naziri Benyamin Netanyahu hücumu qınayıb. "Mən bu dəhşətli hücuma görə şokdayam. Bu, hər mənada terror hücumudur. Kimin törətdiyindən asılı olmayaraq, İsrail terrorizmə qarşı sərt mövqedədir," deyə baş nazir bildirib.

İsrail hərbi qüvvələrinin sözçüsü, podpolkovnik Piter Lörner bu hücumun vəhşilik və terrordan başqa bir şey olmadığını deyib.

"Biz terroristlərə fələstinlilərin həyatlarını almağa imkan verməyəcəyik," deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi