Yaponiyada xilasedici helikopter Tsusima adası yaxınlığında, Yapon dənizi üzərində qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə NHK məlumat yayıb.
Hadisə zamanı azı bir nəfər, xilasedici helikopterlə Fukuoka prefekturasına aparılmalı olan 86 yaşlı xəstə həyatını itirib. Xilasedicilər daha bir neçə nəfəri - mərhumun qohumunu və həkimi, üç ekipaj üzvünü huşsuz vəziyyətdə aşkarlayıblar. Zərərçəkənlər xəstəxanaya aparılıb.
Qəzanın səbəbi barədə məlumat verilmir.
Yaponiya xilasetmə xidmətinin helikopteri Tsusima adası yaxınlığında Yapon dənizində radarlardan itib.
"Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Qeyd olunub ki, altı ekipaj üzvündən üçü tapılıb və xəstəxanaya yerləşdirilib. Digər üç nəfərin axtarışları davam edir. Xilasetmə xidmətlərinin məlumatına görə, helikopterlə əlaqə eniş etməli olduğu yerli hava limanından 10 km məsafədə olarkən itib.
Hazırda ərazidə ölkənin sahil mühafizəsinin iştirakı ilə axtarış-xilasetmə əməliyyatı davam edir.