Yaponiya Rusiya ilə ərazi probleminin həllinə ümid edir

Yaponiya Rusiya ilə ərazi probleminin həllinə ümid edir Yaponiya hökuməti Rusiya ilə ərazi mübahisəsinin həlli yolunda irəliləməyə davam edəcək.
Digər ölkələr
29 Noyabr , 2024 10:52
Yaponiya Rusiya ilə ərazi probleminin həllinə ümid edir

Yaponiya hökuməti Rusiya ilə ərazi mübahisəsinin həlli yolunda irəliləməyə davam edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Siqeru İsiba parlamentdə çıxışı zamanı bildirib.

"Yaponiya-Rusiya münasibətləri ağır vəziyyətdədir, lakin ölkəmiz ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması kursunu davam etdirəcək", - o qeyd edib.

Qeyd edək ki, Moskva və Tokio İkinci Dünya müharibəsinin nəticələrinə dair sülh sazişinin bağlanması üçün keçən əsrin ortalarından bəri danışıqlar aparıb. Bu yolda əsas maneə Kuril adalarının cənub hissəsinin kimə məxsus olması ilə bağlı fikir ayrılığıdır. Müharibə başa çatdıqdan sonra bütün arxipelaq Sovet İttifaqının tərkibinə daxil edilib, lakin Yaponiya İturup, Kunaşir, Şikotan və bir qrup kiçik adaların ona məxsus olduğunu bildirir.

Son xəbərlər

Orphus sistemi