Vyetnamda daşqınlar səbəbindən ölənlərin sayı 35-ə çatıb
Digər ölkələr
- 02 noyabr, 2025
- 10:08
Vyetnamın mərkəzində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 35-ə çatıb. Bu rəqəm daha əvvəl 28 olaraq açıqlanmışdı.
"Report"un "Xinhua"ya istinadən verdiyi məlumata görə, bu barədə Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması və Bəndlərin İdarə Edilməsi İdarəsi məlumat verib.
Qurum dəqiqləşdirib ki, hazırda beş nəfər itkin düşmüş sayılır, daha 60 nəfər yaralanıb.
Təbii fəlakətdən sonra 16,5 mindən çox ev su altında qalıb, 6,1 min hektardan çox əkin sahəsi və bağ zərər görüb, 75 min evdə hələ də elektrik enerjisi yoxdur.
Vyetnam hökuməti mərkəzdə dörd şəhər və əyaləti dəstəkləmək üçün 450 milyard Vyetnam donqu (təxminən 17,93 milyon dollar) məbləğində təcili yardım fondunun yaradılmasını təsdiqləyib.
Son xəbərlər
13:22
Foto
İtkin-şəhid Rauf Əhmədov Goranboyda dəfn edilib - YENİLƏNİB
Hadisə13:20
Foto
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə dəfn edilib
Hadisə13:18
Foto
Sirab kəndində subartezian su xəttinin 300 metrlik hissəsi yenilənəcək
İnfrastruktur13:14
Şavkat Mirziyoyev Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsindən sonra işə salınmasını alqışlayıb
İnfrastruktur13:13
İsveçrə yığmasının futbolçusu Joan Manzambi DÇ-2026-da tarixi rekorda imza atıb
Futbol13:09
Çimərliklərdə şənbə günü 26 dərəcə isti olacaq
Ekologiya13:07
Foto
Naxçıvanda Orta İxtisas Polis Məktəbində "Polis Günü" və buraxılış mərasimi keçirilib
Daxili siyasət13:06
Sandu Moldovanın yeni baş nazirinin seçilməsi ilə bağlı məsləhətləşmələr aparacaq - YENİLƏNİB
Digər ölkələr13:05