Venesuela Prezidenti hökumətdə genişmiqyaslı dəyişikliklər edib

Venesuela Prezidenti hökumətdə genişmiqyaslı dəyişikliklər edib Venesuela Prezidenti Nikolas Maduro hökumət orqanlarının yarısının rəhbərlərini dəyişdirərək genişmiqyaslı dəyişikliklər edib.
Digər ölkələr
28 Avqust , 2024 05:21
Venesuela Prezidenti hökumətdə genişmiqyaslı dəyişikliklər edib

Venesuela Prezidenti Nikolas Maduro hökumət orqanlarının yarısının rəhbərlərini dəyişdirərək genişmiqyaslı dəyişikliklər edib.

“Report” xəbər verir ki, bu barədə “Venezolana de Television” telekanalı məlumat yayıb.

Maduro Delsi Rodriqesi vitse-prezident kimi təsdiqləyib. Bundan əlavə, o, Neft Sənayesi Nazirliyinin rəhbəri olacaq.

Venesuelanın hakim Vahid Sosialist Partiyası sədrinin birinci müavini Diosdado Kabello, siyasi müstəqillik, təhlükəsizlik və sülh üzrə vitse-prezident, daxili işlər naziri təyin edilib. Öz növbəsində, Miranda ştatının qubernatoru Hector Rodriqes ərazi sosializminin inkişafı üzrə vitse-prezident olacaq.

Dövlət Neft Şirkəti PDVSA və Minneftin keçmiş rəhbəri Pedro Teleçea sənaye və milli istehsal naziri olub. PDVSA-ya Dövlət Konserninin hazırkı vitse-prezidenti Hector Obreqon rəhbərlik edəcək.

Son xəbərlər

Orphus sistemi