Tramp Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ilə görüşüb - YENİLƏNİB

Digər ölkələr
  • 16 yanvar, 2026
  • 01:36
Tramp Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ilə görüşüb - YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp və Venesuela müxalifətinin lideri Mariya Korina Maçado Vaşinqtonda Ağ Evdə nahar süfrəsi ətrafında görüşüblər.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər yayıb.

İki siyasətçinin ilk görüşü təxminən bir saat davam edib. Ağ Evdən çıxdıqdan sonra Maçado görüşün əla keçdiyini bildirib. Maçado əvvəllər planlaşdırdığı kimi, Trampa Nobel Sülh Mükafatını təqdim edib-etmədiyini deməkdən imtina edib.

Tramp görüşün nəticəsi ilə bağlı şərh verməyib. Ağ Evin mətbuat katibi Kerolayn Levitt mətbuat brifinqində məsələyə toxunub: "Bilirəm ki, Prezident bu görüşü səbirsizliklə gözləyirdi və xanım Maçado ilə yaxşı, konstruktiv söhbətə ümid edirdi - o, həqiqətən də bir çox venesuelalı üçün gözəl və cəsarətli bir səsdir.

O, qeyd edib ki, Tramp Maçadonun Venesuelaya rəhbərlik etmək üçün lazımi dəstəyin olmaması fikrini dəyişməyib. Levitt əlavə edib ki, ABŞ Prezidenti Venesuelada seçkilərin keçiriləcəyinə ümid edir, lakin konkret müddət göstərməyib.

Venesuela müxalifətinin lideri Mariya Korina Maçado Ağ Evə gəlib.

"Report xəbər" verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Qeyd olunur ki, yaxın vaxtlarda Maçado ABŞ Prezidenti Donald Trampla görüş keçirəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti